Şərqin böyük təbib və filosoflarından olan İbn Sina elmin nə az, nə çox ”“düz 29 sahəsində 450 əsər yazıb. Təəssüf ki, o əsərlərdən cəmi 274-ü müasir dövrümüzə qədər gəlib çıxdı. Səbəb isə çox sadədir. Həmadanda olarkən həyatını xilas etmək üçün gizlicə İsfahan hakimi ilə məktublaşan İbn Sinanı çox keçmir ki, şəhər hakiminə satırlar. Hakim onun həbs olunmasını tələb edir. Sadiq şagirdlərdən biri bu xəbəri böyük təbibə çatdırandan sonra onlar İbn Sinanın bəzi ləvazimatlarını və kitablarını götürərək İsfahana yol alırlar. Təəssüf ki, onlar gedəndən sonra bir qrup atlı İbn Sinanın kimsəsiz evini dağıdır, kitabxanasını yandırır.
Moderator.az saytının İbn Sinadan bəhs etdiyi yazısında bu yürüşü xatırlatmaq çox vacibdir.
Çünki İbn Sina bir qrup şagirdi ilə birgə qaçsa da onları yolda haqlayırlar. Nəticədə böyük alim 4 ay həbsdə qalmalı olur. Amma bu onu ruhdan salmır. İndiyə qədər yazılan elmi əsərlər içərisində həcmcə ən böyük olan “Şəfa”x9d kitabını tamamlamaq və bəzi əsərlərə həbsdə başlamaq qərarını verir. Qərbin Avitsenna kimi tanıdığı və XVII-XVIII əsrlərə qədər Avropa alimlərinin masaüstü kitabı olan “Tibb qanunları”x9dnın müəllifi həbsdə olduğu 4 ay müddətində 3 əsər yazır: kitablardan biri əxlaqi-didaktika mövzusundadır və “Təmiz yol haqqında”x9d adlanır. İkincisi, bütün ömrünü verdiyi tibb haqqında kitabdır ki, “Sancıların müalicəsi haqqında”x9d adlanır. Ən nəhayət üçüncüsü isə bədii əsərdir. Bəli, İbn “Sina həm də şair və ədəbiyyatşünas idi. Onun həbsxanada qələmə aldığı “Hayy ibn Yəqzan”x9d əsəri sonradan bütün Avropanı dolaşır. Elə haqqında danışacağımız əsər də məhz budur.
Hayy ibn Yəqzan İbn Sinanın qaldığı həbsxanada gözətçilərin rəisi idi. İbn Sina alleqorik janrda yazdığı əsərdə elə onu hədəf kimi götürür. “Hayy ibn Yəqzan”x9d kitabı dilimizə tərcümədə “Ayığın oğlu Canlı”x9d kimi tərcümə olunur. Burada nadan qəhrəman hər zaman ayıq olan müdrik qoca ilə rastlaşır. Əsər qocanın söhbətləri əsasında qurulur. Qocanın müdrik nəsihətləri, ibrətamiz söhbətləri ilə həmin nadan insan metafizik səyahətə çıxır. Cəhənnəmə düşür, ondan sonra aralıq bir mərhələdə təmizlənir, daha sonra isə aydımlığa pənah aparır. Bütün bu yollarda onun bələdçisi həmin müdrik qoca olur.
Bu əsərin ömrü çox uzun olur. Şərqin başqa bir böyük alimi İbn Rüşd onu tərcümə edərək bütün Avrpaya çıxara bilir. Bundan sonra əsərin məşhurluğu daha da artır. Ta o səviyyəyə qədər ki, artıq İbn Sinanın ölümündən 150 ildən çox vaxt keçməsinə baxmayaraq Avropa ədəbiyyatının ilk qaranquşlarından sayılan “İlahi komediya”x9d əsəri belə onun təsiri ilə yazılır.
XIII-XIV əsrlərdə yaşayan məşhur italyan şairi Oliqyeri Dante 1307-ci ildə yaşadığı Florensiya şəhərindən sürgün olunandan sonra bu əsəri yazmağa başlayır. İbn Sinaşünaslar yekdilliklə “İlahi komediya”x9dnın böyük təbibin yuxarıda adını çəkdiyimiz əsəri əsasında yazıldığını, hətta bəzi müdrik fikirlərin, süjet xəttinin oradan plagiat edildiyini qeyd edirlər.
Xatırladaq ki, Dante də İbn Sina kimi sürgün həyatında bu əsərə başlayır. Burada da cəhənnəm, Əraf və cənnət mərhələləri var. Metafizik səyahət ön plandadır. XIII əsr Avropa ədəbiyyatı və elmini Şərqin nəhəng elmi ənənəsi yemləyirdi. Bu kimi faktların sayı həddindən artıq çoxdur. Önül istərdi ki, Şərqdən oğurlanan süjetlər, ideyaların hamısınıdan danışılasın. Amma Avropa ədəbiyyatının bünövrəsi sayılan “İlahi komediya”x9d Şərq alimi İbn Sinanın “Ayığın oğlu Canlı”x9d əsərinin sadəcə olaraq sürətidir. Yalnız qəhrəmanlar fərqlidir. Amma hər iki əsərdə qəhrəmanlar eyni yerləri səyahət edir, eyni müdrik kəlamlarla özlərini inkişaf etdirirlər.
Elmin Nuri































































































