Moderator.az bu dəfə təkcə laboratoriyalarda, elmi mərkəzlərdə xa0deyil, gördüyü yuxlarla belə dünyanın mənzərəsini dəyişən dahilərdən və onların sirli yuxularından bəhs edəcək:

1.Mendeleyevin masaüstü yuxusu- Böyük alim Dmitri İvanoviç Mendeleyev elementlərin dövri cədvəlini hazırlayan zaman onların sıralaması mərhələsində böyük çətinliklərlə üzləşir. Artıq 1869-cu ildə cədvəl hazır olsa da Mendeleyev onları necə sıralayacağını bilmir. Bu fikirlə, tərəddüdlü gecələrin birində laboratoriyasında elə masanın üstündəcə yuxulayır. Yuxuda bütün elementlərin sıra ilə düzldüyünü görür. Sonradan bu haqda belə deyir: “Yuxumda bütün elementlərin cədvəldə lazım olan yerdə olduğunu gördüm. Oyananda hamısını dərhal bir kağız parçasına yazdım, sadəcə bir yerdəki elementi düzəltməliyəm lazımdı".

2. Nils Bor və onun atom yuxusu - 1922-ci ildə Nobel Mükafatı almış Kvant mexanikasının yaradıcılarından biri xa0kimi tanınan Nils Bor elektronların nüvənin ətrafında döndüyünü və bir enerji səviyyəsindən, ya da bir orbitdən digərinə sıçramasını göstərən atomun yeni Bor modelini yuxu vasitəsilə inkişaf etdirmişdir.
xa0Bor atomun quruluşu üzərində işləyən zaman tez-tez eyni yuxunu görürdü: xa0"Bir gecə eyni planetlərin günəş ətrafında fırlandığı kimi elektronların da atom nüvəsinin ətrafında döndüyünü gördüm" deyərək sonradan öz dili ilə yuxusunu təsdiqləyir. xa0Alim həmin yuxudan oyanan xa0kimi laboratoriyasına gedir, yuxusundakı modelə elmi dəlil axtarmağa başlayır.
3.Eynşteynin borclu olduğu yuxu - xa0Böyük alim hələ gənclik illərindən hər gördüyü maraqlı detalı qeyd edirdi. Belə qeydlərdən biri də sonradan bütün elmi fəaliyyəti üçün borclu olduğu yuxu barəsindədir. Həmin yuxu haqqında böyük alim bunları qeyd edir: “çox sürətlə yüksək bir yerdən xizəklə aşağı sürüşürdüm. Xizəyin sürəti get-gedə artırdı. O qədər sürətlə gedirdim ki, işığın sürətinə yaxınlaşdığımı hiss etdim. Elə bu zaman yuxarı baxdım və ulduzları gördüm. Heç zaman olmadıqları bir rəngi əks etdirirdilər. Elə o an həyatımın ən mənalı mənzərəsinə baxdığımı hiss etdim”x9d.
Eynşteyn sonrakı bütün elmi fəaliyyətinin məhz bu yuxudan doğduğunu qeyd edir.
Elmin Nuri xa0






























































































