Nizaminin Azərbaycan dilindəki divanı türk şairinin adına necə çıxarılıb?

Hazırda oxunan: Nizaminin Azərbaycan dilindəki divanı türk şairinin adına necə çıxarılıb?

128302
Moderator.az xa0böyük Azərbaycan şairi Nizami Gəncəvinin Misirdəki divanının türk şairi Nizami Qaramanlıya səhvən necə aid edildiyi barəsində yazını təqdim edir:

Nizami Gəncəvinin Azərbaycan dilində yazdığı divanında əksər şeirlər səhvən XV əsrin türk şairi Nizami Qaramanlıya aid edilib. Araşdırmaçı professor Sənan İbrahimovun dediyinə görə Qaramanlı öz divanında həmin şeirlərin əksəriyyətinə ya nəzirə yazıb, ya da onları bütövlükdə köçürüb.xa0

Bu yanlışlıq ilk dəfə türkiyəli alim Haluk İpekten tərəfindən aşkar edilib. Alim 1974-cü ildə tərtib etdiyi “Karamanlı Nizami. Heyatı, edebi kişiliyi və divanı”x9d adlı kitabda Nizami Gəncəvinin Azərbaycvan dilində yazdığı yeganə divanından istifadə edib. Türk aliminin bu kitabı bir neçə nadir əlyazma əsasında tərtib edilib. Onların arasında Misirin “Darül-kitab”x9d kitabxanasında tapılan nüsxə olmayıb. Məhz üzərində “Nizami Gəncəvinin divanı”x9d sözləri yazılan həmin nüsxədən xəbərsiz olması türk aliminin araşdırmasında böyük yanlışlığa gətirib çıxarıb.
xa0
Həmin nüsxənin Nizami Qaramanlı yox, Nizami Gəncəviyə aid edildiyini ilk olaraq söyləyən isə Güney Azərbaycan alimi Sədyar Vəzifə Eloğlu olub. O nüsxədəki şeirləri sadələşdirərək, izahlarını verərək ayrıca kitab halında çap etdirir. Şimali Azərbaycandan isə Azadə Rüstəmova və Nizami Xudiyev kimi məşhur alimlər həmin kitaba müsbət rəy verdilər.

Öncə uzun illər Nizami Gəncəvinin “haqqına girən”x9d Nizami Qaramanlı haqqında bir neçə sözlə məlumat verək:

Qaraman şairi cəmi 29 il ömür sürüb. 1440-ı ildə anadan olub, 1469-cu ildə isə dünyasını dəyişib. Atası Qaraman bəylərbəyinin adlı-sanlı elm adamlarından biri olub. Təhsilini davam xa0etdirmək üçün İrana gedən Nizami Qaramanlı yurdun pis vaxtında ora qayıdır. Çünki o zaman Osmanlı sultanı Fateh Məhmət Qaramanı bəylərbəyi kimi ləğv etdi. Başsız qalan əraziyə Ağqoyunlu Uzun Həsənin də yürüşü əhalini pərən-pərən saldı. Məhz belə bir zamanda Qaramana qayıdan şair bütün hadisələri öz gözləri ilə görür.

Araşdırmaçı Sənan İbrahimov cəmi 29 il yaşayan türk şairi barəsində başqa maraqlı bir detalı da qeyd edir. Onun sözlərinə görə, şairləri sarayına toplayan Fateh Məhmətin xoşuna gəlmək üçün saray şairləri və alimlərinə rəhbərlik edən Əhməd paşaya üç qəsidə təqdim edir. Həmin qəsidələrin biri də Nizami Gəncəvinin “Nərgis”x9d qəsidəsidir. (Qeyd: Moderator.az dünən təqdim etdiyi “Nizami Gəncəvinin əsrlər gizli qalan ana dilindəki divanından nümunələr”x9d adlı yazısında həmin qəsidəni təqdim edib. E.N)xa0

Mənbələrin dediyinə görə o, xəstələnərək dünyasını dəyişir. Bəzi məşhur şairlər onun ölümünə mərsiyyə də yazırlar.

Nəyə görə Qaramanlı yox, Nizami- konkret dəlillər

Sənan İbrahimov “Nizami Gəncəvinin Azərbaycan dilindəki divanı”x9dna yazdığı ön sözdə divanın nəyə görə Qaramanlı Nizami yox, Gəncəvi Nizamiyə aid olduğunu konkret elmi dəlillərlə belə əsaslandırır:

- Gənc yaşlarında vəfat edən (hətta bəzi mənbələrdə 29 yox, 19 il yaşadığı da söylənilir) şairin sənətkarlığı divandakı qədər inkişaf etməyib;

- Şair İranda qısa müddətdə təhsil alıb və ərəb-fars dillərini yaxşı bilməyib. Halbuki, divanda qəliz ərəb-fars ibarələri kifayət qədərdir;

- Şair qısa həyatında nəzirəçi şair kimi tanınıb. Özünün orijinal şeirləri çox az olub;

- Həyatının əksər hissəsini Qaramanda keçirdiyi üçün Osmanlı ləhcəsində yazıb-yaradıb. Divan isə sırf azəri ləhcəsindədir.

- Divan yaşlı adam (yəni Nizami Gəncəvi) tərəfindən qələmə alınıb. Bəzi yerlərdə qocalıqdan şikayət var.

Ən nəhayət müəllif qrupu tərəfindən aşağıdakı elmi üsullardan istifadə edərək divanın Nizami Gəncəviyə aidliyi sübuta yetirilib:

- Müəllifin yaradıcılıq əzmi;
- müəllifin leksikonu;
- müəllifin dili;
- əsərin ideyası;
- üslub;
- müvafiq sənədlər üzərində atribusiya.

Bu 6 filoloji vasitədən də əlavə ən əsas fakr isə Misir kitabxanasındakı qovluqda “Azərbaycan şairi Nizami Gəncəvi”x9d sözünün yazılmasıdır.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin