Yeddi para kənddə Novruz

Hazırda oxunan: Yeddi para kənddə Novruz

127523

Quba bölgəsinin Alpan və bir neçə ətrafxa0 kənd camaatının adət- ənənəsi şərq tipinə mənsub olub; türklük- müsəlmanlıq- atəşpərəstlik- bütpərəstlik elementləri toplusudur. Araşdırdığım qədərincə Alpan (Alban) türklərinin gələnəklərinin türk boylarından daha çox Axıska (Ağ saka) türklərinin (qədim buntürklərin) adət-ənənələrinə oxşarlığı bilinməkdədir. Bəşəriyyətə məlum olduğu qədərincə dünya həyatına məna və yaşam bəxş edən dörd əsas təməl ünsür olaraq; hava- inam, su-ədalət, od- eşq, torpaq- elm timsalında yaradılışın cövhərlərini xa0təşkil edirlər...

xa0

Novruzqabağı çərşənbələr “yel”x9d (əzəl), “sel”x9d, “kül”x9d, “gül”x9d (axır)- əsasən bu ilaxır çərşənbə bizim kəndlərdə bayram təmtərağı ilə keçirilir. Buradan göründüyü və fars, kürdxa0 təsirindən kənarda qalan alban- türk boylarında olduğu kimi Alpan ətrafı 7 para kənddə çərşənbələrin özlərinə məxsus adları və ardıcıllığı vardır. Həmyerlimiz, mərhum prof. Azad Nəbiyevin Novruz, çərşənbələr haqqında mülahizələri qarışıq, nöqsanlı olsa da, tədqiqatçı- jurnalist Güllü Yoloğlunun təqdim etdiyi araşdırmanın hansı xalqın, bölgənin gələnəkləri ilə bağlılığı aydın olmur.

xa0

1-ci əzəl-yel-hava çərşənbəsidir ki, öncə havanın mövcudluğuna və ya yaradılmasına (el dilində “yellər əsməsə sellər daşmaz”x9d) əsaslanır, belə ki, yaradılmış hər bir canlı varlığa yaşaması üçün ilk növbədə hava lazım olur və insan da uca göylərə- göy Tanrıya inamsız insan kimi yaşaya bilmir. Bu çərşənbə çillə çıxdı , yellər əsdi, boz at üsdə Xızır gəldi, bozqurd uladı bozay girdi deyimləri ilə anılar, boş çərşənbə sayıldığı üçünxa0 məxsusi qeyd olunmaz, ev-eşikdə təmizlik işləri görülər, xalça- palaz qar üstə çırpılıb havaya verilər, “qarı ayaz qonmasın”x9d deyə kiçik qızlara qırmızılı don geyindirər və ya biləklərinə qırmızı sap bağlayarlar və s.

xa0

2-ci sel ”“ su çərşənbəsidir ki, suyun havadan sonra ikinci yaradılmış və ya gərəkli nemət xa0sayılmasına (el dilində “hava su təki gərəkli”x9d) xa0və ədalətsiz (susuz) cəmiyyətinxa0 bar verməyəcəyi düşüncəsinə əsaslanır. Bu çərşənbə su bulanan, qan qaynayan, səməni qoyulan, kirli yuyulan və s. kimi anılar. Gəlinlər, qızlar obaşdan suya gedər,xa0 “ağırlığımı- bağırlığımı sular alsın, axarlığım- baxarlığım məndə qalsın”x9d, “azarımı- bezarımı su aparsın, sağxa0 canımı bəy evinə toy aparsın və ya atıl-batıl su çərşənbə, bəxtim açıl bu çərşənbə”x9d deyib üç dəfə axar su üstündən atlanar, bulaqdan təzə su gətirib “təzə ildə işlərimiz su kimi axsın”x9d, “azar- bezarımız canımızdan bu su ilə çıxsın”x9d niyyətləri ilə hərəyə üç qurtumdan içirərlər.

xa0

3-cü kül ”“ od çərşənbəsidir ki, Günəşin-işığın yaradılmasına, odun- çaxmaq daşının tapılmasına və ya istiliyin- hərarətin- nurun üçüncü gərəkli, həyati əhəmiyyətli nemət olaraq təsirinin artmasına xa0( el dilində “tonqal çatılmasa güllər açmaz”x9d) və eşqsiz (odsuz- işıqsız) dünyanın dəyəri yoxdur düşüncəsinə əsaslanır. Bu çərşənbə tonqal qalanan, baca təmizlənən, hədik qaynadılan, xa0qovurğa qovrulan və s. kimi anılar. Çərşənbə axşamı şər vaxtı evdə üzərlik tüstülədib “cin şeytanı, bəd ruhları, nəfsləri evdən çıxarıram”x9d niyyətilə ocaqlardan közlü kül götürüb Bismillahla yerə tökərək üzərində tonqal qalayar, içinə üzərlik atar və kişilər növbə ilə üstündən “ağırlığım-bağırlığım, azar-bezarım odlara, dərin-dərin qatlara, donuzlara, itlərə. Topağın, odun gücü, ağacın, otun gücü, dizlərimə, qollarıma, qəlbimə”x9d deyib 3 dəfə atlanar. Tongaldanxa0 qalan külün bir qismi də həmən pisxa0 ruhların, nəfslərin geri qayıtmasının qarşısını almaq üçün evlərin, qapıların qənşərinə səpilərdi.

xa0

xa04-cü ilaxır ”“ gülxa0 çərşənbəsidir ki, torpağ üstündə təbiətin yaradılışına və ya canlanmasına, oyanmasınaxa0xa0 (el dilində “ gün qalxmasa buğ düşməz”x9d) xa0və elmsiz (torpaqla, təbiətlə təmassız) aləmlər bulunmaz, qovuşmaz düşüncəsinə əsaslanır. Bu çərşənbə şam qoyulan, novruz gülü, muraz günü, bayram gəzilən, buğ düşən və s. adlardaxa0 anılır. Pirlərdə, həyətlərdə, evlərdə adambaşına niyyət tutub, dua oxuyub şam yandırır, şirniyyat, plov, səməni bişirirlər. Oğul- uşaq qaranlıq düşəndən bayram gəzib ( “həcələr- hücələr, bayram gəzər gecələr”x9ddeyərək qapı taqqıldatmaqla ) şirniyyat üçün, qoz-fındıq üçün qurşaq tullayar, xa0torba, çanta xa0atar, böyüklərsə gündüzdən qonum- qonşuya, yoldan ötənə şirni paylayar. Çərşənbə günü səhər tezdən “pislik getsin, yaxşılıq gəlsin”x9d, “ qıtlıq getsin, bolluq gəlsin”x9d niyyətləri, duaları ilə evin dörd tərəfini süpürüb təmizləyər, su çiləyər və buğda səpərlər, yeddi çəpərdən çöp yığıb xa0üzərliklə birlikdə yandıraraq tüstüsünü evə və əhlinə, ev heyvanlarına verərlər, habelə od və su çərşənbələrinin bəzi əməlləri təkrarlanan mərasimlər, şənliklər keçirməklə bayram edərlər.

xa0

Novruz günü isə Günəşin- işığın, odun- hərarətin üstünlük qazandığı və ilk insanın gildən yaradıldığı və ya Adəmlə Həvvanın bağışlanaraq qovuşduğu, habelə Nuhun gəmisinin nicat tapdığı günxa0 olaraq təsəvvür edilir. Bayram axşamı ocaqlarda yağ dağlamaqla,xa0 evdən sədəqə çıxarmaqla, uşaqlara təzə nəsə almaqla, qəbirləri ziyarət etməklə, təpə torpaq altındanxa0 lağım atıb hazırladıqları dəlik içindən sürünərək keçməkləxa0 (“torpaqdan keçdim, qada- bəladan, keçdim”x9d, “dəlikdən keçdim, darlıqdan qurtuldum”x9d- deyərək) yola verilər. Bayram günləri isə kasıbın olanından 7 lövün səmənili süfrə salaraq qonaq qarşılayar, bayram xonçasıyla nişanlı evinə qonaq gedilər, yelləncək asmaqla, at çapmaqla, beldən aşdı, keçəl- kosa, qurşaq tutdu oynamaqla, yumurta döyüşdürməklə, sim pəhləvanı oynatmaqla, “dəli dərviş”x9d oxutmaqla, “qoşalülə”x9d guruldatmaqla, küsülü barışdırmaqla və s. əməllərlə, oyunlarla qeyd edilirdi.

xa0

Novruzla başlayan yeni Günəş ilinin ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü qış fəslindən sayılmaqla bu ildə bu fəsillərin necə keçəcəyinin göstəricisi olduğuna inanılmaqdadır. Yazın, novruzun 9-u və ya “mart çıxdı-dərd çıxdı”x9d deyilən bir gün də vardır ki,xa0 səmənini süfrədən götürüb adətən xa0yazın ikinci çərşənbəsi axar, gur suya ataraq torpağa toxumu, şuma şitili həmən gündə və ya həmən gündən sonra əkməklə onun bərəkətli, məhsuldar olacağına inanılmış, deyilənlərə inansaq hətta sınanılmışdır. xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0xa0

xa0

Bu əlamətlər Şumerdən başlayan bu bayramın İslam- Quran bilgilərinə, dünyagörüşünə nisbətən fərqliliyini, Zərdüştilik (maq) və Şamanlıqla (qam) bağlılığını bir daha təsdiq etməklə yanaşı, keçmişimizin Göy Tanrı inancından günümüzün Tək Tanrı inancına, Tufandan sonra Türkün dağlardan enərək Yer üzünə yayılmasına- Ergənəkona (Erkən akına), köçəriliyimizdən oturaqlığımıza qədər bir çox gələnəkləri əhatə etdiyini göstərir. Nə yazıq ki, bu yazdıqlarımın və yazmadıqlarımın az qala yarısı indi ancaq yaşlıların yaddaşlarında yaşayır.

xa0

Qələmə aldı: Cabir Alpoğlu Albantürk

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin