Gəncədə sərnişindaşımada “Qazel”x9d dərdi...

Hazırda oxunan: Gəncədə sərnişindaşımada “Qazel”x9d dərdi...

124427
Ötən yazılarımızın birində Gəncədə sərnişin daşıma ilə məşğul olan bəzi “Qazel”x9dlərin texniki baxımdan həddindən artıq köhnəldiyi, bu cür nəqliyyat vasitələri ilə sərnişin daşımanın olduqca riskli olması ilə bağlı oxuculara məlumat vermişdik. (moderator.az/news/123925.html ).

Bu günlərdə Moderator.az vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət edən bir qrup Gəncə şəhər sakini sərnişindaşımadakı bu “Qazel”x9dlərin yığışdırılmasını xahiş edib. 

Müraciətdə məlum “Qazel”x9dlərlə bağlı narahatverici məlumatlar yer alıb:

“Öncə onu qeyd edək ki, “Simurq”x9d kompaniyasına məxsus olan bu “Qazel”x9dlərin 2012-ci ildən bəri texniki sığortası yoxdur. Bu “Qazel”x9dlərin sürücüləri hər gün 14 saat sükan arxasında olur. Onlar yeməklərini də sükan arxasında, maşın sürə-sürə yeyir, çaylarını da eynən bu cür içirlər. 
Bu “Qazel”x9dlərin bəzi hissələri tamamilə çürüdüyündən çürüyən yerlərdən içəriyə toz-torpağın dolmasını önləmək üçün həmin yerlərə müxtəlif parçalar, çuvallar büküb qoyurlar. Maşının yük hissəsini də salona əlavə edilib ki, bunda da məqsəd daha çox sərnişin daşımaqdır. 

Qeyd olunan “Qazel”x9dlərdə sərnişinlər üçün nəzərədə tutulan oturacaqlar sökülərək yerində “tapça”x9d düzəldilib, adi su borusundan isə tutacaq quraşdırılıb. Qaz balonlarının sərnişinlərlə eyni salonda yerləşdirilməsinin isə insanlar üçün nə dərəcədə təhlükəli olmasını izah etməyə yəqin ki, lüzum yoxdur.

Bir sözlə, sərnişinlərin həyatı üçün real təhlükə mənbəyinə çevrilən bu “Qazel”x9dlərin konstruksiyasına əsaslı şəkildə yenidən əl gəzdirilib ki, bu da həmin maşınları daha təhlükəli edib. 

Odur ki, hörmətli Ramiz Zeynalov cənablarından və Gəncə Şəhər DYP-sinin rəisi Rəhim Zalovdan xahiş edirik ki, sərnişinlərin təhlükəsizliyi naminə bu “Qazel”x9dlərin istismardan yığışdırılması üçün müvafiq tədbirlər görsünlər. Çünki belə davam edərsə, bu “Qazel”x9dlərdə bədbəxt hadisələrin yaşanması qaçılmaz olacaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin