xa0Tarix, mədəniyyət və müasirliyin vəhdət təşkil etdiyi paytaxtımız Bakıda son illərdə inşa edilmiş müxtəlif təyinatlı monumental binaların sayının davamlı olaraq artır. Belə binalar özlərinin istər ictimai əhəmiyyəti, istərsə də memarlıq xüsusiyyətləri ilə, sözün həqiqi mənasında, milli sərvətə çevrilir, xalqımızın həyat səviyyəsinin, rifahının, estetik baxışlarının bariz göstəricisi hesab edilirlər.
Moderator.az-ın məlumatına görə, “Xalq qəzeti”x9dndə dərc edilmiş “Tikdim ki, izim qala! Paytaxtımızda memarlıq ənənələri yaşayır və zənginləşir”x9d başlıqlı məqalədə belə deyilir. xa0Məqalədə qeyd olunur ki, qədim kökləri və şanlı tarixi olan Azərbaycan memarlığı əsrlər boyu inkişaf etdirilib, ölkəmiz dünya memarlıq irsinin ən mütərəqqi xüsusiyyətlərinin milli düşüncə və zövqlə üzvi şəkildə birləşdirildiyi bir məkan kimi tanınıb. Ötən əsrdə, xüsusən, sovet dövründə milli memarlığımızın öz tarixi ənənələrini qoruyub saxlaması çox diqqətəlayiq bir hadisədir. Funksionallığa və konstruktivliyə üstünlük verildiyi həmin dövrdə milli memarlıq ənənə və üslublarından yaradıcılıqla bəhrələnmək nə qədər çətin olsa da, M.Hüseynov, S.Dadaşov və başqaları kimi istedadlı memarlarımız bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.
Azərbaycanın yeni memarlıq məktəbinin banisi olan dünya şöhrətli görkəmli memar akademik Mikayıl Hüseynov deyirdi: “Heç bir texniki nailiyyət, heç bir təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq”x9d.
Bakının müasir memarlıq simasının müəyyənləşdirilməsində də M.Hüseynov məktəbinin nailiyyətlərindən məqsədyönlülüklə və novatorluqla istifadə olunur. Paytaxtın Bayıl hissəsinin abadlaşdırılması və yenidən qurulması planına uyğun olaraq həyata keçirilən tikinti işləri çərçivəsində “Qurban Abbasov küçəsi, 8”x9d ünvanında inşa edilən səkkizmərtəbəli mansardlı fərdi yaşayış binasının memarlıq həllində bunu aydın şəkildə görmək mümkündür. Binanın fasadında görkəmli memarlar - M.Hüseynovun və S.Dadaşovun layihələndirdikləri bir sıra binaların eksteryerindəki, Şərq və Qərb memarlıq üslublarının sintezini özündə ehtiva edən bir-birindən maraqlı və gözəl elementlərdən istifadə olunub. Ölkəmizin inşaat sektorunda 10 ildən artıqdır fəaliyyət göstərən və paytaxtımızda bir sıra iri layihələrin baş podratçısı olan “Azimport”x9d MMC-nin yerli tikinti materialları ilə inşa etdiyi bu yaşayış binası Bakının cənub girişində, Dənizkənarı bulvarla üzbəüzdə, relyefinə görə dağlıq ərazidə yerləşməklə şəhərin ənənəvi memarlıq ansamblının davamı kimi diqqəti cəlb edir. Layihədə ənənəvi memarlıq üslubuna sadiqliyi təkcə ümumi görünüş deyil, həm də sütunların, şaquli çıxıntıların, tağların, kapitellərin, dairəvi və dördbucaq erkerlərin quruluşu, onların üzərindəki naxışlar, həkkaklıq elementləri də nümayiş etdirir. Layihənin müəllifi, memar Səxavət Əliyev deyir: “İnşaat sektorunda həm yüksək keyfiyyətli işi ilə seçilən, həm də milli memarlıq ənənələrinə böyük maraq göstərən “Azimport”x9d MMC-dən 1940-50-ci illərdə Bakıda inşa edilmiş binaların üslubunda bir yaşayış binasının layihəsini hazırlamaq sifarişi alanda, təbii ki, ilk növbədə, görkəmli memarlarımız Mikayıl Hüseynov və Sadıq Dadaşovun irsindən bəhrələnmək qərarına gəldik. Bu layihədə onların Bakıdakı memarlıq incilərinin ayrı-ayrı elementlərindən istifadə etmişik. Bununla yanaşı, diqqətli tamaşaçı binada hətta Şirvanşahlar sarayının memarlıq elementlərinə də rast gələ bilər. Burada biz klassik və ənənəvi elementlərin surətini çıxarmaq yolu ilə getməmiş, onlara müasirlik prinsipləri əsasında yaradıcı yanaşmağa çalışmışıq...”x9d.xa0
Daha çox qazanc əldə etmək istəyən bir çox tikinti şirkətlərinin məhdud bir ərazidə çoxbloklu, çoxmərtəbəli, heç bir zahiri memarlıq elementləri olmayan, bəzən fasadı adi boya ilə rənglənmiş, bəzən isə yalnız şüşə və metal konstruksiyalardan ibarət binaların inşasına meyil göstərdikləri bir vaxtda şəhərimizə yaraşıq, sakinlərə zövq verən əsl memarlıq əsəri yaratmaq milli-mənəvi dəyərlərimizi qorumağın və inkişaf etdirməyin təqdirəlayiq nümunəsidir.
Tikinti sahəsinin rəisi, təcrübəli inşaatçı Namiq Həsənov buradakı işlərin ən yüksək tikinti standartlarına uyğun şəkildə aparıldığını vurğulamaqla qeyd etdi ki, binanın fasadında yerli aqlay daşdan istifadə olunur və layihədə göstərilən memarlıq elementlərinin icrasını şirkətin özünün yetişdirdiyi usta və mütəxəssislər yerinə yetirirlər. Ötən ilin may ayında tikintisinə başlanmış binada hörgü və üzləmə işləri artıq başa çatmaq üzrədir, tezliklə həyətyanı sahənin və landşaftın abadlaşdırılmasına başlanacaqdır. Sakinlər üçün hər cür rahatlığın nəzərdə tutulduğu yaşayış binası bu il onların istifadəsinə veriləcəkdir.
“Tikdim ki, izim qala”x9d devizi ilə çalışan və paytaxtımızın simasını daha da gözəlləşdirən binalar ucaldan inşaatçıların milli memarlıq ənənələrini yaşatması və zənginləşdirməsi təqdirəlayiq işdir.

































































































