"Böyük kitab dükanlarının hamısını məmurlar özəlləşdirib"

Hazırda oxunan: "Böyük kitab dükanlarının hamısını məmurlar özəlləşdirib"

121490

İranda II Kitab Paytaxtı Festivalı keçirilir. Festifalın gedişində ölkədəki şəhərlərdən biri kitab paytaxtı elan ediləcək. Festivalın keçirilməsində məqsəd ölkədə kitaba, mütaliəyə olan marağı artırmaqdır.

Kitaba marağın həddin artıq az olduğu Azərbaycanda da insanların mütaliəyə olan marağını artırmaq üçün bu və ya buna bənzər kampaniyaların keçirilməsinə ehtiyac varmı?

Moderator.az-a açıqlama verən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu cür layihələrin reallaşmasına böyük ehtiyac olduğunu vurğulayıb:

"Bu cür kampaniyaların aparılmasına ehtiyac var. Beynəlxalq Mətbuat Klubu adı altnda vaxtiylə xa0bizdə böyük kitab dükanları mövcud idi. Onu ələ keçirdilər. QHT-lərin yardım fondu indi orda yerləşir. Həmin məkan onlara icarəyə verilib. Bütün böyük kitab dükanları özəlləşdirilib. Məmurların əlinə keçib. Böyük kitab dükanları bağlanıb. Ölkədə kitab oxumaq siyasəti yox dərəcəsindədir. Buna heç bir diqqət yetirilmir. Tərcümələr çox zəif gedir. Kitabların tərcüməsi ilə bağlı problem var. Kitab siyasəti kifayət qədər zəifdir. Rusiya və digər ölkələrdən bu məsələdə xeyli dərəcədə arxadayıq. Kitaba maraq yoxdur. Odur ki, ölkəmizdə mütaliəyə marağı artıran layihələrin həyata keçirilməsinə ehtiyac böyükdür".

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin