Moderator.az “Kino-kryoz”x9d layihəsində bu dəfə 1975-ci ildə lentə alınan iki hissəli “Dədə Qorqud”x9d filmindən danışacaq. Filmin rejissoru Tofiq Tağızadə, ssenarisi müəlllifi isə yazıçı Anardı.
Beyrək əslində “Mixaylo”x9d olmalı imiş
Filmdə əsas obrazlardan biri olan Beyrəyi Rasim Balayevin canlandırdığını hamımız bilirik. Hətta Emin Sabitoğlunun bəstələdiyi mahnı da onun tərəfindən oxunur (səs:Yalçın Rzazadə) və filmin əsas simasına çevrilir. Lakin filmin çəkiliş müddətində kiçik bir müdaxilə olmasa idi o zaman nə Rasim Balayev Beyrək olardı, nə də bu mahnının taleyi indiki kimi... Rejissor özünün sadiq aktyorlarından biri olan, Azərbaycan tamaşaçısının daha çox Mixaylo obrazı ilə tanıdığı Nodar Şaşıqoğlunu artıq Beyrək roluna təsdiq etmişdi. Nodar Şaşıqoğlu bəzi kadrların çəkilişində iştirak da etmişdi. Amma sonradan Bədii Şuranın işə qarışması aktyorun roldan uzaqlaşdırılmasına səbəb olur. Xeyli müzakirələrdən sonra çəkilişə Rasim Balayev cağırılır. Tofiq Tağızadənin onsuz da xüsusi simpatiyası olmayan aktyor onun etirazlarına baxmayaraq Beyək roluna təsdiq edilir.
Qazan xanın yalanı
Filmin əsas obrazlarından biri də Həşim Qadoyevin oynadığı Qazan xan obrazıdır. Filmin əvvəlində Qazan xanın buğaya qalib gəlməsi və Dədə Qorqudun ad vermə səhnəsi var. Həmin səhnənin çəkilişində təbii ki, çox gözəl montaj işləri aparılıb. Ona yaxın adamın sayəsində yerə yıxılan buğanı tamaşaçılar guya Qazan xanın yıxması kimi seyr edirlər. Bu təbii ki, filmdir və müəyyən montaj işləri də olmalıdır. Amma gəlin işin sonrasına baxaq. Deməli, Qazan xanı oynayan əcnəbi aktyor sonradan “Tacikfilm”x9də dəvət alır. "Pusqu" adlı filmdə Rasim Balayev də iştirak etdiyindən orada Qadoyevin yalanının şahidi olur. Haşim Qadoyev Tacikistanda aktyor və yaradıcı qrupa “Dədə Qorqud”x9ddakı öküzü yıxma səhnəsini, mədəni desək goplayırmış. O danışırmış ki, guya xa0çəkiliş zamanı öküz texniki işçilərin əlindən çıxaraq başqa işçi qrupunun üzərinə hərəkət edirmiş. Bu zaman guya o, özünü öküzün üzərinə atır və onu yerə yıxır. Fürsəti əldən verməyən Tofiq Tağızadə də həmin kadrları çəkir. Ona inanmayan aktyorlar Rasim Balayevdən hadisənin düz, ya səhv olduğunu soruşurlar. Rasim Balayev içində gülsə də Haşimin ona baxdığını görərək pis vəziyyətə salmamaqdan ötrü yalan danışır. Deyir ki, deyəsən belə bir hadisə olub.
Rasim Balayev üçün həyati risk
Filmdə ən eksterimal səhnələrdən biri də Beyəyin şirlə güləşməsidir. Bir dastan qəhrəmanı təbii ki, şirlə də, canavarla da, hər halda dastandır, lap əjdaha ilə də güləşər. Amma Rasim Balayev real insandır və onun da qorxusu ola bilər. Şir nə qədər əhliləşdirilsə də, təhlükəsizlik tədbirləri nə qədər çox olsa da... Ona görə də Balayev bu kadrdan imtina edir. Tofiq Tağızadə isə onu birtəhər yola gətirir. Rasim Balayevin gözünün qabağında şirin ayağına zəncir bağlayırlar və çox dar məsafə saxlayırlar. Balayev cəmi bir epizodda şirə yaxın gəlir. Qalan epizdoları isə şirin sahibi Berberov oynayır. Aktyorun yanında şirin ayağına zəncir bağlayırlar. Epizod çəkilib bitəndən sonra Rasim Balayevə deyirlər ki, əslində o zəncir boş şey imiş. Əgər şir sənə əsəbləşsəydi, zənciri bir saniyəyə də qıra bilərdi...
Elmin NURİxa0



































































































