Moderator.az xa0“Yada düşər xatirələr...”x9d layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə Azərbaycanın qocaman alimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimovun məşhur xanəndələr Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrinə istinad edəcəyik. Qeyd edək ki, qocaman professora bu xatirələri hadisələrin iştirakçıları olan Bülbül və tarzən Qurban Pirimovun şəxsən özləri danışıblar. Cahid Kərimov da ilk dəfə olaraq həmin xatirələri bizə danışır:
“Bülbül sənə ar olsun”x9d
“Şövkət Məmmədova Bülbül İtaliyaya oxumağa gedirlərmiş. Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar. Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə tanışam. Bunları ona göstərərsən.
Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki, mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi? Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya, Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini başa düşməyib. O səbəbdən də məktubda Bülbülə yazır: “Bülbül ar olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan “ə”x9d, “ü”x9d, “ı”x9d, “ö”x9d saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi”x9d.
İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir. Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə, Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də məşhur “Sənsiz”x9d romansı olub. Bülbül ikinci dəfə oxuyub bitirəndən sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf aparır. Açıq pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün konservatoriya yığışaraq pəncərədən onun ifasını dinləyirmiş...
Bax, Üzeyir bəy bu cür Üzeyir bəy olub”x9d.xa0
“Xan Şuşinski İran şahını necə ayağa qaldırdı”x9d
“Bunu mənə rəhmətlik tarzən Qurban Pirimov danışıb. Deməli, bir gün o, Xan Şuşinksi, erməni kamança çalan İran şahının toyuna dəvət alırlar. O zaman vəziyyət başqa idi. DTK-ın bir agenti də onlara qoşulur və hər hərəkətlərinə göz qoyurmuş. İş elə gətirir ki, ifaçılar toya bir gün gec gəlirlər. Toyun ilk günündə iştirak edə bilmirlər. Nəsə ikinci gün gələn bu heyəti çox soyuq qarşılayırlar. Deyirlər ki, şahın ayırdığı əsas hədiyyələr birinci gün ifa edən xanəndələrə verildi. Xan Şuşinski bunu eşitcək pərt olub. Qurban buna deyib ki, günah özümüzdədir. Gec gəlmişik, ona görə də belə münasibət göstərirlər. Amma təbii ki, onlar da növbə çatanda oxumalı idilər.xa0
Qurban Pirimov mənə belə danışdı: “Xan Şuşinksi “Bayatı Şiraz”x9d oxumağa başladı. Amma o, heç zaman bu muğamı oxumazmış. Elə bir başlanğıc etdi ki, hamının diqqətini özünə çəkdi. Muğamın ortasında bir də gördüm ki, mizrab qızıb barmaqlarımı yandırır. Sən demə, bu Xanın nəfəsi imiş. Onun nəfəsindən həmin od gəlirmiş. Mən onda bildim ki, Xan Azərbaycanda heç vaxt muğam oxumayıb. Muğam oxumaq nə imiş orda göstərdi. Şah da yuxarıda özü üçün ayrılan hücrədə Xanı dinləyirmiş. Təsnif bitəndən sonra bir də gördük ki, ətrafda olan bütün adamların hamısı bir nəfər kimi ayağa durub əl çalırlar. Sən demə, onlar yuxarıda şahın ayağa duraraq əl çaldığını görüblərmiş.xa0
Bir azdan sonra məclisi idarə edən adam bizə yaxınlaşdı və dedi ki, şah əmr verib, sizi xəzinəyə aparacayıq və ürəyinizdən nə keçirsə götürə bilərsiz. Çünki şah deyib ki, əllərini nəyə uzatsalar həmin o bəxşişi verin. DTK-ın adamı da bizimlədi. Göstəriş verir ki, nabadə qızıl, brilliyant götürəsiz. Xəzinəyə daxil olanda divarda bir xalça gördük. Məclisi idarə edən adam Xana göz vurdu ki, bu xalını götürün. Xalça Hindistanda salınan bir xalça olub. Şah Abbas qənimət kimi onu İrana gətirib. Xan da onu seçdi. Həmən gəlib xalçanı düşürdülər, bağladılar ki, biz aparaq.
Bakıya gələndə həmin dövlət agenti dedi ki, bunu Mircəfər Bağırova hədiyyə aparaq. Biz də öz-özümüzə dedik ki, əşi nə işimizə qalıb, bir xalçadı, aparır aparsın da. Hamımız birlikdə Bağırovun otağına gəldik. Agent nə olmuşdusa hamısını birə-bir danışdı. Bağırov xalçaya baxıb valeh oldu. Dedi, martda yoldaş Stalinin 70 illiyidir. Bunu ona hədiyyə aparacağam.xa0
Biz də daha bir söz demədik. Deyilənə görə, Stalin öz 70 illiyində ona gətirilən bütün hədiyyələrin içində ən çox bu xalçanı bəyənib. Xalça da xalça deyildi e, elə bil ki, alışıb yanırdı”x9d.
Elmin NURİ





























































































