Moderator.az xa0saytı “Kino-kryoz”x9d layihəsində 1982-ci ildə lentə alınan “Nizami”x9d filminin kryozlarından danışacaq. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenarisi müəllifi isə İsa Hüseynov olub.xa0
Filmdən çıxarılan vacib səhnəxa0
Film bu gün də öz qüsurları ilə ən çox xatırlanan ekran əsərləri sırasındadır. Kino tənqidçiləri əsas nöqsan kimi filmin Nizami fəlsəfəsini çox səthi əks etdirməsində görürdülər. Amma gəlin etiraf edək ki, o zaman sovet ideologiyasının təsiri altında çox iş görmək sadəcə mümkün deyildi. Məsələn, yaradıcı heyətin də sonradan dediyinə görə, filmdən bir çox vacib kadrlar çıxarılıb. Onlardan ən vacibi olan isə Afaqla Nizaminin toy səhnəsidir. Həmidə Ömərova və Müslüm Maqomayevin canlandırdığı personajların toy səhnəsi Gəncədə lentə alınır. Nizami Afaqla evlənmək istərkən axund onun kəniz olduğunu bildirərək kəbini kəsmir, amma şeyx olan Nizami özü öz kəbinini kəsir. İnsanlar da Şeyx Nizaminin bu addımına laqeyd qalırlar. Toya Nizami ilə yaxın əlaqəsi olan yüksək zümrədən kimsə gəlmir. Amma səhnənin sonrakı gedişində əvvəlcə bir-iki nəfər, sonra isə xeyli sayda insan təşrif buyurur. Sadə zəhmət insanlarının ətrafında gözəl toy keçir. Hətta Afaq bir türk qızı kimi oğlanlarla bərabər rəqs edir. Nizami isə uzaqdan bu rəqsə əl çalır. Təəssüf ki, elə bu rəqsə görə səhnə filmdən çıxarılır. Bədii şura qəti şəkildə bildirir ki, bir müsəlman qadını öz toyunda xa0heç zaman rəqs edə bilməz. Cavab verirlər ki, Afaq əsl qıpçaq qızıdır. Qıpçaqlarda qadınlar kişilərlə bərabər döyüşər, qurşaq çəkər və rəqs edərlər. Amma bunların bir xeyri olmur. Milli düşüncə baxımından çox vacib olan kadr filmdən çıxarılır.
Nizami Gəncəvinin ruhu Hamlet Xanızadəyə mane olub
Filmdə əsas rolu kimin oynayacağını dəqiqləşdirməkdə rejissor Eldar Quliyev çətinlik çəkir. Yaxın dostu olan müğənni Müslüm Maqomayevə jest edərək filmə cəlb edir və onu birtəhər razı salır. Çünki o zaman Maqomayevi bütün SSRİ tanıyırdı və bütün ittifaq miqyasında filmə böyük maraq yaradacağını bilirdi. Digər tərəfdən isə məşhur aktyor Hamlet Xanızadə də rol üçün sınaqlara dəvət edilir və bəyənilir. O zaman cavan olan rejissor kimi çəkəcəyini bilmir. Bu məqamda filmdə Qivami Mütərəzzi rolunda çıxış edən xalq artisti Həsən Turabov ona qəribə bir təklif edir: “Biz tərəflərdə ruh çağıran var, bəlkə ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”x9d.
Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Heç bir falçılıq işi ilə məşğul olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Elə bu məşhurluğuna görə də Eldar Quliyev onun adını çəkmir.
Nə isə, həmin şəxsin dediyi vaxt gecə saat 10-da ora gedirlər. Heç məsələnin nə olduğunu da demirlər. Qeyd edək ki, kifayət qədər rasional şəxs olan, mistikaya inanmayan xa0Eldar Quliyev Moskvanın əsas televiziya kanalında bunları danışarkən tamaşaçıların inamsız, burmənalı olmayan xa0reaksiyası ilə üzləşib. Lakin rejissorun dediyinə görə, həmin gün ruh çağıran Nizami ilə danışıb və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşub:
“Əvvəlcə şamı yandırdı. İri kağız üzərində ox işarələri, müxtəlif şifrələr var idi. Bütün işlər nəlbəki vasitəsilə həyata keçirilirdi. Nəlbəkini şamın üzərində qızdırdı. Sonra onu kağızın üzərindəki qarışıq hərflərin üzərinə gətirərək müxtəlif adlar yazdı. Bunların hamısı çox qəribə idi. Biz məqsədimizi deməmişdik. Birdən özü bizə dedi ki, indi Nizaminin ruhunu çağırın”x9d.
Rejissorun sözlərinə görə, ruh çağıranla Nizaminin ruhu arasında uzun söhbət gedib. Hətta özünün ziyalılığı ilə seçilən ruh çağıran şəxs Nizamidən nə üçün Azərbaycan dilində şeir yazmamasını soruşub. Nizami isə cavabında bu dildə şeirlər yazdığını, onların Bərdədə saxlandığını bildirib. Daha sonra isə onun barəsindəki filmə kimin çəkilmək istəməsini xəbər alıb. Rejissorun sözlərinə görə, xa0Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bu Eldar Quliyevdə qəti əminlik yaradıb. Elə sabahısı gün Müslüm Maqomayevlə qəti söhbət edərək, onu filmə çəkib.xa0

Eldar Quliyevin bəyənilməyən ssenarisi
Qeyd edək ki, film əvvəlcə mərhum rejissor Həsən Seyidbəyliyə tapşırılmışdı. Amma onun 1981-ci ildə ölümü filmi yarıda qoyur. Hətta mərhum rejissorun ssenarisi də tamamlanmamışdı. Amma o vaxtın kino cavabdehləri ( bunlar əsasən iki nəfər idi ”“ Cəmil Əlibəyov və Azad Şərifov) filmin yarıda qalmasına imkan vermirlər. Moskvanın da rəyi ilə “Nizami”x9d Eldar Quliyevə həvalə edilir. Eldar Quliyev Seyidbəylinin yarımçıq qalmış ssenarisinə baxmır. Özü sıfırdan ssenari hazırlayır. Lakin onun ssenarisini bədii şura bəyənmir. Nə az, nə çox, düz 8 ay həmin ssenari Dövlət Kinomatoqrafiya Komitəsində qalır. Eldar Quliyev sonradan bu məsələyə aydınlıq gətirərkən bildirir ki, onun ssenarisinin qəbul olunmamasının yalnız bir səbəbi var: guya qəhrəmanların avropalılara bənzədilməsi cəhdi”¦
Hər halda”¦
Hər halda Nizamini tanıtmaq uğrunda cəhd olsa da film “Xəmsə”x9d səviyyəsindən dəfələrlə aşağıdır. Bu da təbiidir. Nizami kimi ensiklopedik zəkanın şəxsiyyətini bir filmdə nümayiş etdirmək qeyri-mümkün idi. Özü də nəzərə alsaq ki, bu film sovet dövründə çəkilən bir film olub. Həmin filmin ən uğurlu hadisəsi isə elə Müslüm Maqomayev faktoru olub. O biri aktyorların da düzgün seçimi, peşəkar ifası filmin zəif məzmununu ört-basdır etməyə çalışır. Amma həmin məzmun primitivliyi o dəqiqə hiss olunur.
Qeyd: Yazıda kino araşdırmaçısı Ulduzə Canıyevanın kino tarixindən bəhs edən monoqrafiyasından, Azərbaycan Dövlət Televiziyasının arxiv materiallarından istifadə edilib. xa0
Elmin NURİ


























































































