Qadınlarla heç vaxt yaxınlıq etməyən dahilər

Hazırda oxunan: Qadınlarla heç vaxt yaxınlıq etməyən dahilər

117553
Qoca tarixin səhifələrində ömrü boyu ailə həyatı qurmayıb, heç bir qadınla təmasda olmayan dahilərin də adına rast gəlmək mümkündür. Onların bəziləri müəyyən fiziki çatışmazlıqlarına görə, bəziləri mənəvi-psixoloji sarsıntılarına görə, bəziləri isə tamam ayrı səbəbdən ömürlərinin sonuna qədər öz bakirliklərini qoruyub saxlayıblar.

Moderator.az saytı bu “orijinallıq”x9dları ilə seçilən məşhurları təqdim edir:

İmanuel Kant- Modern fəlsəfənin yaradıcılarından sayılan Kant ömrünü tarix, siyasət və dinin fəlsəfəsini araşdırmaqla keçirib. Filosof deyəsən düşünməkdən başqa heç neyə vaxt sərf etməyib. 79 yaşında ailə qurmadan dünyasını dəyişib.

Herbert Spenser- XIX əsrin dahi zəka sahiblərindən olan ingilis H.Spenser uğradığı yoluxucu xəstəlik səbəbindən ailə qurmayıb. Həmçinin heç bir xanımla da yaxınlıq etməyib. Spenser dünya elmində təkamül nəzəriyyəsini inkişaf etdirən, bir çox elm sahələrinə aid fikirlər irəli sürən ensiklopedik xa0zəka sahibi kimi xatırlanır.

Hans Xristian Anderson ”“ dünya uşaq ədəbiyyatının ən böyük simalarından sayılan yazıçı heç vaxt cinsi əlaqədə olmayıb. O, ömrünün sonunda yazdığı gündəlik xarakterli məktublarında bunu etiraf edir.

Anri Kavendiş ”“ elm dünyasının ən qəribə taleli xadimlərindən olan xa0Kavendiş guşənişin bir həyat tərzi yaşayıb. Ömrünün elmə həsr edən kimyaçı alim qapalı həyat tərzinə üstünlük verib. Hər zaman da qadınlardan qaçıb.

İsaak Nyuton ”“ Nyutonun bu özəlliyi isə yaşadığı dövrdə hamıya məlum imiş. Dünya elminin inqilabçısı olan alim qadınla münasibət yaşamadan dünyasını dəyişir.

Nikola Tesla- xa0Dünyanın ən böyük fiziklərindən olan Nikola Tesla da yuxarıda sadaladığımız şəxslərlə eyni özəliyə sahib olub. Baxmayaraq ki, fizikanın dəyişən cərəyanlar, rengten fizikası, elektonika mühəndisiliyi istiqamətində bir sıra yeniliyə imza atan alimin ətrafında qadınlar çox olur. Amma o, kimsə ilə evlənmir. Həyata vida deyərkən alimdən heç bir nişanə qalmır.

Elmin NURİxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin