Pakistanın Azərbaycana yardımı Qarabağ məsələsində Rusiya faktorunu neytrallaşdıra bilərmi?

Hazırda oxunan: Pakistanın Azərbaycana yardımı Qarabağ məsələsində Rusiya faktorunu neytrallaşdıra bilərmi?

116647

Bugünlərdə ölkəmizdə səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Qarabağ məsələsində ölkəsinin Azərbaycanı dəstəklədiyini və ona hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Pakistan dövləti bundan öncə də Azərbaycanın haqq işini dəstəklədiyini vurğulamış, problemin hərbi yolla həll ediləcəyi təqdirdə ölkəmizə hərbi-texniki və əsgəri yardım göstərəcəyini qeyd etmişdir.

Bir neçə gün bundan öncə Azərbaycanın Pakistan istehsallı qırıcılara maraq göstərməsi, bu dövlətin Hərbi Dəniz Qüvvələrinin komandanının ölkəmizə səfəri, hərbi əməkdaşlığın yeni istiqamətləri ilə bağlı aparılan müzakirələr iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərməkdədir.

Maraqlıdır, Pakistanın Qarabağ məsələsində Azərbaycanın yanında olması Ermənistanın yanında olan Rusiya faktorunu qismən də olsa neytrallaşdıra bilərmi? Azərbaycan Rusiya faktoruna qarşı Pakistan amilindən lazımınca istifadə edərsə, işğaldakı torpaqların azadlığını təmin edə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Pakistanın Qarabağ savaşında Azərbaycana göstərəcəi hərbi dəstəyin müharibənin taleyi baxımındna həlledici ola biləcəyini vurğuladı:

“Qardaş Türkiyə Respublikasından sonra Azərbaycanın haqq işlərinində, xüsusən də Qarabağ məsələsində ən böyük dəstək verən ölkə, məncə Pakistandır desəm, səhv etmiş olmaram. Bu, həqiqətən belədir. Əksər türkdilli dövlətlərdən və xalqlardan məhz pakistanlı dostlarımızın bizə sərgilədiyi mehriban münasibət qibtə doğurmaya bilməz. Məhz Pakistanın bu günə kimi işğalçı Ermənistana qarşı bütün sahələrdə göstərdiyi prinsipial və ardıcıl mövqe onu deməyə əsas verir ki, biz Pakistana tam arxalana bilərik. Hər iki dövlət ən yüksək səviyyədə həm səfirlik, həm də hərbi attaşelik statusunda təmsil olunublar. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı cənab Muhammad Zakaullah bir daha açıq şəkildə bəyan etdi ki, ölkəsi Qarabağ məsələsində Azərbaycana yardım etməyə hazırdır və Azərbaycan buna tam əmin ola bilər”x9d.

Ü.Cəfərovun sözlərinə görə, Pakistanın Qarabağ məsələsində Azərbaycanın yanında olması Ermənistan kimi Rusiyaya da ciddi çətinliklər yaradır və onları narahat edir:

“Onu da qeyd edim ki, məhz qardaş Türkiyə kimi, Pakistan İslam Respublikasının Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsi həm Ermənistana və havadarlarına bir qədərə kobud addımlar atmaqda çətinliklər yaradır. Pakistanın dünyanın aparıcı nüvə dövlətlərindən biri olaraq Azərbaycanın haqq işini dəstəkləməsi sözsüz ki, bəzilərinin xoşuna gəlmir. Amma onlar bunu dillərinə də gətirməyə ehtiyat edirlər. Sadə dillə desək, indiki qloballaşan və bir qədər də nizamını itirən dünyada, Pakistan kimi bir dövlətin Azərbaycanı haqlı olaraq dəstəkləməsi və yanında olması Rusiyanı, işğalçı Ermənistanı çox narahat edir. Hesab edirəm ki, son illər ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də hərbi sahədə əlaqələr daha da genişlənib və bu daha da şaxələnir. Bundan biz maksimum bəhrələnməliyik. Hərbi kadrların hazırlanması, hərbi-sənaye potensialımızın daha da genişləndirilməsi, birgə müasir hərbi təyinatlı məhsulların istehsalı və daha nələr və nələr. Bir sözlə, əgər Azərbaycan təkcə Türkiyə və Pakistanın Silahlı Qüvvələrinin geniş nəzəri və praktiki təcrübəsindən və imkanlarından faydalı və səmərəli yararlansa, nəticəsi özünü çox gözlətməli olmayacaq”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin