Son illər ölkədə rüşvət və korrupsiyanın artması nəinki sadə vətəndaşlar, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri tərəfindən də ciddi narahatlıqla qarşılanmaqdadır. Mövcud vəziyyətin hədsiz acınacaqlığına diqqət çəkən bəzi siyasilər iddia edir ki, bu gün rüşvət və korrupsiyaya qarşı mübarizə Qarabağ probleminin həllindən daha vacib, daha zəruridir. Onların fikrincə, korrupsiya adlı bu bəladan qurtulmamış Qarabağı azad etmək sadəcə mümkünsüzdür.
Maraqlıdır, korrupsiyaya
qarşı mübarizə, yoxsa Qarabağ ”“ bu iki problemdən hansının həlli öncəlik təşkil
etməlidir?
Məsələ ilə bağlı Moderator.az-a
açaqlama verən VİP sədri Əli Əliyev hesab edir ki, torpaqları işğal altında
olan bir dövlətdə rüşvət və korrupsiyanın bunca geniş yayılmasının özü
tragikomikdir:
“Əvvəla, işğal olunmuş ərazisi olan dövlətdə, başqa cür ifadə etsək,
dondurulmuş müharibə şəraitində yaşayan dövlətdə bizim miqyaslı korrupsiya və
rüşvət girdabına girmiş reallığa malik olmağımız absurd və ironik vəziyyətdir. Lakin
bu, acı həqiqətdir. 10 ayda ölkə valyutasının 2 dəfə dəyərdən düşməsi, vətəndaşların
və dövlət aktivlərinin 100% ucuzlaşması hökümətin fərsizliyindən xəbər verir.
Böyük neft pullarını, məhz korrupsiya səbəbindən müxtəlif şişirdilmiş
infrastruktur layihələri vasitəsilə divar qaşınmasına, yol çəkilişinə, körpü
salınmasına yönəldilməsi bu günkü acı iqtisadi və maliyyə reallıqlarının səbəbidir.
Yüzlərlə misal göstərmək olar ki, vəsaitin iş yerlərinin yaradılmasına,
istehsalın yüksəldilməsinə deyil, pulun mənimsənilməsinə istiqamətləndirilməsi
haqda dediklərimizi təsdiq edər”x9d.
Ə.Əliyevin
qənaətincə, Azərbaycanın bunca illər ərzində işğaldakı torpqların azadlığını təmin
etmək üçün konkret addımlar atmayaraq gözləmə mövqeyi tutmasının özü də yanlış
addım olub:
“Uzun
illər ərazi bütövlüyümüzün pozulmasına rəğmən, iqtidar konstitusiya vəzifələrini
yerinə yetirmək əvəzinə, ya "lazım gələrsə" deyib, ya da düşmən tərəfi
qeyri-konstruktivlikdə ittiham edib. Başa düşmürəm, işğalçı konstruktiv olub,
torpaqları lentlə bizə bağışlamalıdır? Yoxsa biz qayçı ilə lenti kəsib, adəti
üzrə ərazimizə alqış sədaları altında daxil olmağı gözləyirik? Yanılırıq. Heç kəs
bizə torpaqlarımızı əvəzsiz qaytaran deyil.
Sualda
qoyulan əlaqəyə gəldikdə isə, onu deyə bilərəm ki, torpaqların qayıtmasının
qarşısını alan amillə, dövlət üçün təhlükəyə çevrilmiş korrupsiya ilə çuğlaşmış
hakim komanda arasında bərabərlik işarəsi qoymaq olar. Ölkədə tüğyan edən
korrupsiya ilə torpaqların işğalda qalmasının eyni kökü var, bu da heç cür dəyişmək,
islah olunmaq istəməyən hakimiyyətdir. Mənə elə gəlir ki, iqtidara qarşı aparılan
sistemli mübarizə həm torpaqların işğaldan azad olmasına, həm də korrupsiyaya
qarşı aparılan mübarizədir. Yəni bu 2 problemin kökü eynidir. Reallıqları
anlayaraq, onu əlavə etmək istəyirəm ki, düzgün aparılan mübarizə ola bilər
birinci mərhələdə səbəbi aradan qaldıra bilməz. Lakin davamlı olarsa, heç
olmasa iqtidarın islahına gətirə bilər. Bu isə adı çəkilən problemlərin həlli
üçün birinci addım ola bilər”x9d.
Seymur Əliyev































































































