“Siz hansı cəsarətlə parlamentin və prezidentin səlahiyyətlərini mənimsəmisiniz?”x9d

Hazırda oxunan: “Siz hansı cəsarətlə parlamentin və prezidentin səlahiyyətlərini mənimsəmisiniz?”x9d

115055
Bu yaxınlarda Almaniyada təsis olunmuş xa0Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Birliyinin adından birliyin həmtəsiscisi Əlövsət Əliyev xaricdə yaşayan soydaşlarımıza yaradılan problemlərlə bağlı xa0Azərbaycan Respublikasının xarici işlər naziri xa0Elmar Məmmədyarova müraciət edib. Mətni Moderator.az - a göndərilən müraciəti təqdim edirik:xa0

Cənab nazir!
xa0
Bildiririk ki, Almaniyada daimi yaşayan soydaşlarımızdan bəziləri bizə müraciət etməklə, Azərbaycanın Almaniyadakı səfirliyində onlara umumvətəndaş pasportunun verilməsindən əsassız imtina edildiyini və ya pasport üçün tələb olunan sənədləri toplamağın mümkünsüz olduğunu bildirməklə onlara hüquqi yardım göstərməyimizi xahiş etdilər.xa0
Biz Almaniyadakı Azərbaycan səfirliyinin saytında və nazirliyin saytında ÜMUMVƏTƏNDAŞ PASPORTLARININ RƏSMİLƏŞDİRİLMƏSİ QAYDALARI ilə tanış olduq. Nazirliyin və səfirliklərin saytlarında yerləşdirilən Qaydalarda həmin qaydaların 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında”x9d Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanması xa0qeyd olunsa da qaydalar həmin qanuna, Azərbaycan Respublikasının Konstitusiyasına, Normativ Hüquqi Aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun tələblərinə tam ziddir.

“Pasportlar haqqında”x9d xa0Qanunun tətbiqi haqqında Əsasnamənin 3.1-3.8-ci, 3.11-ci və 3.12-ci bəndləri ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir. Lakin səfirliklərin saytlarında yerləşdirilən qaydalara əsasən Azərbaycan vətəndaşlarının olduqları ölkələrin ərazisində pasport alması mümkünsüzdür.xa0

Belə ki, Qaydaların 2-ci bənddə tələb olunan fotoşəkilin ölçüsü göstərilsə də, hansı fonda olması, ag-qara və ya rəngli olması qeyd olunmayıb. Pasportlar haqqında qanunun tətbiqi haqqında xa0Əsasnamənin 3.9. bəndində çox aydın yazılıb ki, fotoşəkilə dair tələblər, fotoşəkilin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) sənədlərində təsvir edilmiş nümunələri, ümumvətəndaş pasportunu verən orqan tərəfindən dəqiq göstərilməlidir. Lakin bu tələbə əməl olunmayıb. Bundan başqa Pasportlar haqqında qanunun tətbiqi haqqında Əsasnamənin xa03.8. bəndinə görə xa0..... Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkilinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Lakin Sizin rəhbərliyinizlə Azərbaycanın səfirliklərində yaradılan şərait isə qanunların tətbiq olunmasına deyil, vətəndaşların vəziyyətinin ağırlaşmasına hesablanıb.

Qaydaların 3-cü bənddə vətəndaşdan etibarlı şəxsiyyət vəsiqəsinin tələb olunduğu qeyd olunub. Əvvəla, xa0Azərbaycan qanunvericiliyində “etibarlı şəxsiyyət vəsiqəsi”x9d ifadəsi yoxdur. Yəqin ki, xa0Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən söhbət gedir. Qanunda çox aydın şəkildə göstərilir ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hüdudlarında şəxsiyyəti təsdiq edən sənəddir. Üstəlik Azərbaycan Respublikasından daimi yaşamaq üçün xaricə gedən şəxslər qanuna görə müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında qeydiyyatdan çıxarılırlar. Bu o deməkdir ki, xaricdə daimi yaşayanların əksəriyyəti Azərbaycanda qeydiyyatda deyil və təbii ki şəxsiyyət vəsiqəsinə də malik deyil. Belə olan halda xa0şəxs “Etibarlı şəxsiyyət xa0vəsiqəsini”x9d konsulluq şöbəsinə hansı qaydada təqdim edə bilər. Bundan başqa Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanununun tətbiqi haqqında Əsasnamənin 2.21. bəndinə görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarına şəxsiyyət vəsiqəsində olan və pasport verilməsinə əsas hesab edilən bütün məlumatların oxunuşu açıqdır. Yəni konsulluq xidməti əməkdaşı pasport üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsində xa0olan məlumatları bazadan (İAMAS) çox aydın görür. Bu qiymətli avadanlıqlar vətəndaşların zəhmətlə qazandıqları pullarla ona görə alınıb ki, bu kimi bürokratik əngəllər davam etməsin. Siz bunun fərqindəsinizmi?xa0

Eyni zamanda Pasportlar haqqında qanunda birbaşa göstərilir ki, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra ”” pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən ........ vahid sənəddir. Yəni belə olan halda başqa ölkədə Sizin tabeliyinizdə olanlara bu sənədləri tələb etmək səlahiyyətini verməli deyilsiniz. Bütün bunlardan başqa Şəxsiyyət vəsiqəsi haqqında qanunun tətbiqi haqqında əsasnamənin 1.3. bəndinə görə Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsi həmin dövlətlərdə də ..... xa0sənəd kimi istifadə oluna bilər. Axı Azərbaycan Respublikasının heç bir ölkə ilə belə bir müqaviləsi yoxdur. Belə olan halda xaricdə daimi yaşayan şəxslərə xa0şəxsiyyət vəsiqəsi nə üçün lazım olmalıdır.xa0

Qaydaların 4-cü bəndində tələb edilən sənəd doğum haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq olunmuş surətidir. “Pasportlar haqqında”x9d qanunda və həmin qanunun tətbiqi haqqında əsasnamədə pasport alan şəxsdən bu sənədin yalnız bir halda 15 yaşına kimi olan və şəxsiyyət vəsiqəsi olmayan uşaqlardan tələb olunması nəzərdə tutulub. Mübahisələndirilən Qaydalarda isə doğum haqqında şəhadətnamə hamıdan tələb olunur. Siz xa0hansı cəsarətlə, qanunu istədiyiniz kimi tətbiq etməklə, parlamentin və prezidentin səlahiyyətlərini mənimsəmisiniz? xa0Qanunda nəzərdə tutulmayan sənədlərin vətəndaşdan tələb olunmasını təsdiq edən norma müəyyən edərək nazirliyin saytında yerləşdirilməsinə şərait yaradıbsınız!xa0

Qaydaların 6-cı bəndinə görə xa0tələb olunan sənəd Konsulluq qeydiyyatı haqqında sənəddir. Biz dəfələrlə konsulluq qeydiyyatına alınmaq üçün xa0Berlindəki Konsulluğa elektron qaydada xa0müraciət etsək də konsulların özbaşınalığı ucbatından xa0buna nail ola xa0bilməmişik. Sizin əməkdaşlarınız qeydiyyata alınmasından imtina etdikləri xa0şəxslərdən məhz xa0həmin sənədləri tələb edirlər.xa0
xa0
8-ci bənddə xa0qeyd olunub ki, 18 yaşı tamam olmamış şəxslər üçün pasport alınmasına etiraz etmədikləri barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi tələb olunur. xa0Qanunda və ya Əsasnamədə belə bir norma nəzərdə tutulmayıb və bu da Sizin tabeliyinizdə olan əməkdaşlarınızın kobud özbaşınalığından irəli gəlir.xa0

Qaydaların 5 və 9-cu bəndləri o qədər qarışıq yazılıb ki, o bəndlərdə ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün tələb olunan hansı ödənişin nə üçün edildiyi və ya xa0nəzərdə tutulduğunu müəyyən etmək mümkün deyil. Qaydaların birinci bənddən sonra mötərizədə olan cümlənin də hansı maraq baxımından yazılmasını müəyyən etmək çətindir və təbii ki, bu da vətəndaşın vəziyyətini ağırlaşdırmağa hesablanıb. xa0

Bu vəziyyət xaricdə yaşayan insanlara ərazisində olduqları ölkədə xarici pasport almaq imkanından məhrum edir. Pasport almaq üçün Azərbaycana qayıdanlar isə xa0kifayət qədər xərc çəkir ki, bu da onların əmlak vəziyyətləri ağırlaşır. Bəziləri Azərbaycanda əsassız həbslərə (Ömər Məmmədov kimi) məruz qalır. xa0Azərbaycana gəlmək imkanı olmayanlar isə sənədsiz vəziyyətdə müəyyən müddət yaşadıqdan sonra tədricən iş və yaşayış yerlərini itirir, başqasından asılı vəziyyətə düşür, sonra isə müxtəlif cinayətlərin qurbanlarına çevrilirlər.xa0

Cənab nazir!

Sadaladıqlarımız ( sadalamadıqlarımız isə daha çoxdur) göstərir ki, XİN-in xaricdə fəaliyyət göstərən strukturlarına normal xa0nəzarət mövcud deyil. Ümid edirəm ki, ən qısa müddətdə konsulluqların fəaliyyətinin nizama salınması istiqamətdə ciddi islahatlara başlayacaq, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının xa0konsulluq xidmətlərində rastlaşdıqları qanunsuzluqların ən qısa zamanda aradan qaldırılmasına nail olacaqsınız.
xa0
Əlövsət Əliyev
xa0Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Birliyi,
xa0Almaniya


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin