“Maliyyə çətinlikləri müdafiə sektoruna da təsirsiz ötüşməyəcək”x9d

Hazırda oxunan: “Maliyyə çətinlikləri müdafiə sektoruna da təsirsiz ötüşməyəcək”x9d

112452

Manatın məzənnəsinin növbəti dəfə düşməsi və maliyyə-iqtisadi durumun yaxın gələcəyi ilə bağlı səslənən proqnozların bədbinliyi ictimai rəydə ciddi çaşqınlıq və ümidsizliyə səbəb olmaqdadır. Maraqlıdır, Azərbaycandakı mövcud maliyyə-iqtisadi böhran ölkəmizin Qarabağ uğurunda müharibə imkanlarını məhdudlaşdıra bilərmi? Ümumiyyətlə, indiki maliyyə-iqtisadi imkanlarla Azərbaycanın müharibə aparması mümkündürmü?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov mövcud maliyyə çətinliklərinin bütün sahə və sferalara təsir edəcəyini vurğulayıb:

“Əlbəttə ki, ölkəmizin maliyyə imkanlarının bəzi çətinlik və problemlərlə üzləşməsi, Azərbaycanın müdafiə və təhlükəsizlik sektoruna da təsirsiz ötüşəcəyini düşünənlərdən deyiləm. Lakin o qədər də bədbin olmağın da tərəfdarı deyiləm. Yəqin ki, maliyyə ilə bağlı nə qədər sıxıntı olsa da, ölkəni idarə edən hökumət və dövlət strukturları heç bir halda imkan verməzlər ki, ölkəmizin müdafiə qüdrətinə xələl gəlsin. Yəqin ki, bəzi addımlar atılacaq və Silahlı Qüvvələr üçün lazım olan hər bir şey həm alınacaq, həm də ən qısa zaman kəsiyində həllini tapacaqdır.

Açıq demək lazımdır ki, Nazirlər Kabineti indi gecə-gündüz güc strukturları, xüsusən də Müdafiə Nazirliyi ilə daha sıx əlaqəda olmalı, bəzi məsələləri çevik həll etməlidir. Bizə daxil olan məlumatlara görə, bəzi güc strukturlarında olan vəzifəli şəxslər maliyyə çatışmazlığını bəhanə edərək hərbi qulluqçulara verilməli olan bəzi müavinatları kəsirlə ödəməyə başlayıblar və yaxud ödəmirlər. Bu əsla yolverilməzdir və hesab edirəm ki, bu qeyri-rəsmi göstərişləri verən adamlar bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar. Ölkə müharibə vəziyyətindədir və Qarabağ ilə bağlı çox ciddi proseslərin olması qaçılmazdır. Belə bir həssas məqamda iqtisadi-maliyyə məsələləri ilə məşğul olan şəxslər hər qəpiyin qədrini bilməli və ayrılan vəsaitləri təyinatı üzrə xərclənməsini təmin etməlidirlər".


Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin