Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
Məlum olduğu kimi, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevə tərəfindən lentə alınan “Məhsəti” filmi cəmiyyətdə geniş müzakirələrə, haqlı tənqidlərə səbəb olub. Çünki filmdə dahi ədib Məshəti Gəncəvinin obrazı əxlaqsız formada təqdim edilib. Üstəlik filmdə cəmiyyətin əxlaqı, mənəvi dəyərləri hədəf alınıb.
Film ciddi sənət nümunəsi olmasa da, xalqın dəyər verdiyi, min ildən sonra da hörmətlə yad etdiyi Məhsəti Gəncəvi kimi bir şəxsiyyəti bu cür iyrənc formada təqdim etməklə Suad əslində öz niyyətini ifşa edib.
Əsas məqsəd – Cəmiyyət əxlaqına zərbə vurmaq
Məsələnin ən ikrah doğuran və cəmiyyətdə qəzəb yaradan tərəfi isə filmin müəllifinin uzun illə...