DİQQƏT! Sabah üç rayonda qaz olmayacaq
Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QP...