Bakı İdman Sarayında Türkiyə üçün yardım kampaniyasının ikinci günü - VİDEO

Hazırda oxunan: Bakı İdman Sarayında Türkiyə üçün yardım kampaniyasının ikinci günü - VİDEO

596289

Türkiyəyə yardımla bağlı Bakı İdman Sarayında toplanan yardım kampaniyası bu gün səhər saat 11:00-dan başlayaraq yenidən davam edir.

Yardım üçün lazım olan ləvazimatların, uşaq yeməklərinin, konservlərin, quru qidaların, qeyri-qidalardan - yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyaların gətirilməsi davam edir.

Əşyaların sayı həddən artıq çox olduğundan DİN əməkdaşları tərəfindən gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.

Eyni zamanda daşınma prosesinə dəstək üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları da əraziyə cəlb olunublar. 

Qeyd edək ki, vətəndaşlardan yardım kampaniyasına gətirdikləri əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər çatdırmaları rica olunur. (oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin